Sağlamlıq

Qocalmanı tezləşdirən qidalar

16 May 2018 23:34
3 Şərh     Baxış: 3 830

Cavan və təravətli görünmək hər kəsin arzusudur.

Burada irsiyyat böyük rol oynayır. Lakin istehlak etdiyimiz qidaların da rolunu danmayaq. Bəzi məhsullar var ki, onlar xarici qocalmanı tezləşdirir - dəri həddindən artıq zəif, sallaq olur, qırışlar çox dərin olur.

Milli.Az saglamolun.az-a istinadən qocalmanı tezləşdirən məhsulların siyahısını təqdim edir.

Şəkər

Şəkər və şirniyyatlar dərinin qocalmasını tezləşdirir. Şəkər dərinin cavanlığını təmin edən kollagenin parçalanmasını tezləşdirir ki, bu da dərini daha sallaq, qırışları daha dərin edir. Bu səbəbdən dərinin cavanlığını qorumaq istəyirsinizsə, şəkərin istehlakını minimuma çatdırın.

Kolbasa və sosis

Bu məhsulların tərkibində fosfat əlavələri var ki, bu maddələr kapilyar və damarları zəiflədir. Nəticədə dərinin qanla təchiz olunması pozulur və bu da dərinin daha tez qocalmasına və solmasına səbəb olur.

Marqarin

Corc Vaşınqton Universiteti (ABŞ) alimləri sübut ediblər ki, marqarin və s. trans-yağların istehlakı bütün orqanizmin və o cümlədən dərinin qocalmasını tezləşdirir.  Bundan əlavə trans-yağlarının daim istehlakı ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır.

Süd

İsveç alimləri sübut ediblər ki, südün tez-tez istehlakı sümük, oynaq və dərinin qocalmasını tezləşdirir. Alimlərin fikrinə görə, südün tərkibində olan laktoza orqanizmdə iltihabın yaranmasına təkan verir.

Əksinə isə süd turşulu (qatıq, kefir, kəsmik və s.) məhsulların istehlakı orqanizmdə iltihabı azaldır, ürək-damar sistemi, sümük, oynaqlar və dərinin qocalmasını ləngidir.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    .. · 17 May 00:0300

    Hec birinden yemirem amma qrip burun axmasi kimi fesadlari vecni var.Ele bu qocalmagdida.

    Cavab yaz
    • Anonim
      123 · 17 May 08:2300

      Siz allergiyasız ?

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 May 09:1310

    Dunyada en cox sevdiyim nemet sirniyyat bir de kolbasa sosiskadi gunu gunden de cavanlasiram bu nece olur Hamisi cefengiyyatdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.