Sağlamlıq

Qaraciyəri xəstəliklərdən və piylənmədən qoruyan ədviyyat

16 May 2018 05:30
7 Şərh     Baxış: 8 162

Cövüz bütün dünyada ədviyyat kimi istifadə olunur. Cözüz ət yeməklərinə, tərəvəzlərə, müxtəlif souslara, şirniyyat və içkilərə əlavə olunur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Şərq təbabətində cövüz mədə-bağırsaq sistemi xəstəlikləri və artritin müalicəsində çox geniş istifadə olunur.

Çinin Nançanq Universitetinin (Nanchang University) alimləri cövüzün orqanizmə olan faydalı təsirini araşdırıb belə nəticəyə gəliblər ki, cövüz qaraciyərdə iltihabı azaldır və bununla da qaraciyəri xəstəliklərdən qoruyur. Həmçinin cövüz qaraciyərin piylənməsinin qarşısını alır.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi cövüzün tərkibində olan "liqnan" maddələridir. Bu maddələrin güclü antioksidant xüsusiyyətləri var.

Alimlər qaraciyəri sağlam saxlamaq istəyən insanlara cövüzü qidalara əlavə etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, çoxlu miqdarda istifadə olunduqda digər ədviyyatlar kimi cövüz də orqanizmə toksiki təsir edir. Bu səbəbdən cövüzü müntəzəm olaraq, lakin az miqdarda (0,1 qr-dan çox olmayaraq) yeməklər və şirniyyatlara əlavə etmək lazımdır.

Cövüzü toz şəklində deyil, "qoz" şəklində alın və yeməklərə əlavə etdikdən əvvəl sürtgəcdən keçirin. Ədviyyatı yeməklərə hazır olana yaxın əlavə edin. Şirniyyatlar bişirəndə cövüzü xəmirə əlavə etmək lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    @ · 16 May 06:5600

    Görəsən hardan və neçəyə almaq olar?

    Cavab yaz
    • Anonim
      ... · 16 May 08:2800

      Marketlerde edviyyatlarla satilir

      Cavab yaz
  • Anonim
    Xatirə Bayramova · 16 May 08:3501

    Salam.Qəribədir, bir iyirmi il öncə mənim qızım Sarılıq (hepatit) ilə xəstəxanada yatanda həkimin qadağa qoyduğu qidalardan biri də qoz idi.İzahı da bu oldu ki, yağlıdı, qara ciyərə ziyandı.İndi isə deyirlər ki, qoz yeyin q/ciyərə xeyirdi.Mənim tibbi təhsilim yoxdu.Düzünü mediklər bilər.İndi mən hansına inanım?

    Cavab yaz
  • Anonim
    ... · 16 May 09:5320

    Bu qoz deyil. Muskatnıy orex deyilən bir ədvadır. Marketlərdə ədva yerlərində olur.

    Cavab yaz
    • Anonim
      Xatirə Bayramova · 16 May 11:2210

      Tşk.Səmimi deyirəm elə bildim ceviz qozdan söhbət gedir

      Cavab yaz
  • Anonim
    @ · 16 May 11:3210

    Təşəkkürlər cavab yazdığına görə.

    Cavab yaz
  • Anonim
    Yağmur-S. · 17 May 00:1200

    Bu iran edviyyatları satılan mağazalarda var,qoz boyda olur,körpelerin sancısı olanda şirinçayla qarışdırıb verende sancını kesir, çox xeyirlidir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.