Sağlamlıq

Bir sıra xəstəliklərin qarşısını almaq üçün MARAQLI ÜSUL - Sabun...

21 Aprel 2019 19:40
1 Şərh     Baxış: 3 936

Xəstələndiyimiz zaman dərhal ya həkimə gedirik, ya da ev şəraitində türkəçarə üsullarla vəziyyətə nəzarət etməyə çalışırıq. Bəzi dərmanlar ucuz, bəziləri isə olduqca bahalı olduğu üçün onlardan davamlı istifadə etmək mümkün olmur. Bu dəfə sizə büdcənizə münasib olacaq maraqlı təbabət haqqında danışacağıq.

Milli.Az sabunun müalicəvi keyfiyyətləri haqqında maraqlı faktları təqdim edir:

Maraqlı bir üsulla xəstəliklərin qarşısını almağınız mümkündür. Paltarların, yataq üzlüklərinin altına sabun qoymaq bir çox xəstəliklərin yaranmasının qarşısını alır.

Statistikaya görə, hər 10 nəfərdən birində ayaq ağrıları müşahidə edilir. Ayaq ağrılarının şiddətindən gecələr yuxusuz qalan insanlar bu üsuldan istifadə etdikdən sonra rahatlıq tapdıqlarını deyirlər.

Ağrıların ilkin yaranma səbəbləri orqanizmdə dəmir çatışmazlığı kimi qiymətləndirir. Bu üsulla böyrək çatışmazlığı, şəkərli diabet, revmatizm və s. xəstəlikləri nisbətən sakitləşdirmək olar.

Bəs sabun necə kömək edir?

Qulağa qəribə gəlsə də, mütəxəssislər tərəfindən təsdiqlənən sabunla müalicə əzələ-sinir ağrılarına müsbət təsir edir.
Həkimlər sabunun müalicəvi xüsusiyyətini onun tərkibində olan maqnezium maddəsi ilə əlaqələndirirlər.

Maqnezium sümük ağrılarını sakitləşdirir və yuxusuzluq problemini aradan qaldırır. Bunun üçün paltarlarınızın, eləcə də yataq örtüyünün altına təbii sabunlardan bir ədəd qoymağınız kifayət edir.

Mütəxəssislər bu üsulun illərdir minlərlə adam tərəfindən istifadə edildiyini iddia edir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    QQ · 21 Aprel 22:0200

    Bu barədə eşitmişəm.Ancaq dəqiq hansı sabunlar daha əlverişlidir ? Mən tərkibində lavanda yagı olanını eşitmişəm.Ancaq bu cür təbii sabunu hardan əldə etmək olar ? Apteklərdə satılanlar bu effekti verirlərmi ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.