Sağlamlıq

Yaz yorğunluğundan qurtulmaq üçün için RESEPT

25 Aprel 2018 21:24
1 Şərh     Baxış: 2 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaz aylarında insanlarda ümumi bir halsızlıq və yorğunluq olur. Bu halsızlığı aradan qaldırmağın ən gözəl yolu isə sağlam qidalanmaqdır. Çünki bu cür problemlərin altında vitamin-mineral çatışmazlığı yata bilir. Milli.Az ailem.az-a istinadən yaz yorğunluğundan qurtulmaq üçün faydalı içkilərin reseptini verir.

İmmunitet çayı:

2 stəkan su
2 xörək qaşığı ekineziya
1 çay qaşığı təzə zəncəfil
2 dilim yaşıl alma
1 çubuq darçın 

Hazırlanması:

Bütün vəsaitləri qaynadın. Qaynadıqdan sonra 2-3 dəqiqə daha gözləyin və soyumağa qoyun. Süzərək isti və ya ilıq içə bilərsiniz.

Enerji verən içki - 1

1 kivi

1 stəkan kefir 
10 ədəd çiy fındıq

4-5 yarpaq təzə nanə

Bütün vəsaitləri blenderlə qarışdırıb, təzə halda için.

Enerji verən içki - 2

Yarım banan
5-6 ədəd çiy badam
1 çay qaşığı kakao
2 ədəd xurma
1 stəkan süd

Bunların hamısını blenderlə qarışdırıb təzə halda için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.