Sağlamlıq

Ağırlıqqaldırma məşqindən sonra yemək vacibdir? - FOTO

24 Aprel 2018 13:38
1 Şərh     Baxış: 2 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağırlıqqaldırma və fitnes ilə məşğul olanları maraqlandıran suallardan biri də məşqdən sonra yemək yeməyin doğru, yoxsa yanlış olmasıdır.

Milli.Az Muscle boost Baku-ya istinadla xəbər verir ki, məşqdən sonra yemək yemək vacibdir.

Çünki məşq edərkən əzələlər yanacaq kimi glikogendən istifadə edir və müəyyən qədər də protein zərər görür. Bu səbəbdən də məşqdən sonra qida qəbul etmək vacibdir.

Lakin hansı qidanı qəbul etməyiniz sizin məqsədinizdən asılıdır.

Belə ki, arıqlamaq istəyirsinizsə, məşqdən çıxandan sonra su içmək, 30 dəqiqə sonra isə az kalorili, bol zülallı qidalar qəbul etmək lazımdır.

Məqsədiniz kökəlməkdirsə, bol züllalı ət yeməkləri yeyib, üzərindən meyvə şirəsi içmək tövsiyə olunur.

Formada qalmaq istəyirsinizsə, məşqdən çıxan zaman 25-30 qram protein tozu qəbul etmək və ya 300 millilitr süd içmək yaxşı nəticə əldə etmənizə kömək olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.