Sağlamlıq

Gözəllik pəhrizi: Sızanaqlara qarşı 5 FAYDALI QİDA - FOTO

25 Mart 2019 21:54
0 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağlı yeməklər, fast-food, şirniyyatlar və ya hazır məhsullar dəriyə pis təsir göstərir, sızanaqların çoxalmasına səbəb olur.

Milli.Az bu yazıda oxucuları sızanaqların çıxmasının qarşısını alan 5 faydalı qida ilə tanış edir.

Probiotiklər

Dərini iltihablardan təmizləyən, stress əlamətlərini azaldan, faydalı bakteriyalar baxımından zəngin probiotiklər sızanaq və qara nöqtələr yaranmasını əngəlləyir. Odur ki, gözəllik pəhrizinə tərkibində pribiotik olan qatıq, kefir, miso şorbası, kimçi və qara şokolad əlavə edin.

Yaşıl çay

Təbii antioksidantlar baxımından zəngin olan yaşıl çay dərini və metabolizmi təmizləyir, ekoloji təsirlərin pis nəticələrini azaldır.

Təzə içkilər

Meyvə və tərəvəzlər sızanaqları dəridən təmizləməyə kömək edir. Beta-karoten baxımından zəngin meyvə-tərəvəzlər və göyərtilərdən hazırlanan təzə və təbii içkilər dərini həm ehtiyacı olduğu vitaminlərlə təmin edəcək, həm dərini təmizləyəcək, həm də cildin yağ nisbətini normaya salacaq.

Balıq

Omeqa-3-lə zəngin olan balıqlar da dərini iltihablardan təmizləmək üçün çox faydalıdır. Xüsusilə qızıl balıq həm dərinin yaşlanma prosesini ləngidir, həm də saçların sürətlə uzanmasını təmin edir.

Qırmızı və qara meşə giləmeyvələri

Qarağat, böyürtkən kimi meşə giləmeyvələri anti-oksidantlarla boldur. Bu meyvələr bədənə gümrahlıq hissi və enerji verir. Bu meyvələrdən hazırlanan smuzi və kokteylər dəriyə müalicəvi effekt göstərir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.