Sağlamlıq

"Uşağın ölü doğulmasının səbəbinin “Ərlə arvadın qanı düz gəlmir" fikri ilə izah edilməsi düzgün deyil"

16 Aprel 2018 20:27
0 Şərh     Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslində, uşağın yarımçıq, ölü doğulmasının və ya düşük olmasının səbəbinin "Ərlə arvadın qanı düz gəlmir, xromosomlarında uyğunsuzluq var" fikri ilə izah edilməsi düzgün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu molekulyar genetik Şirxan Musayev deyib.

Onun sözlərinə görə, heç bir ölkədə belə diaqnoz qoyulmur.

Genetik əlavə edib ki, sovet dövründə bu fikir daha çox yayılmışdı. Amma bu gün bu fikir Rusiyada da qəbul olunmur: "Təəssüf ki, bizdə hələ də belə uyğunsuzluq diaqnozunu qoyanlar, buna görə müalicə yazan həkimlər var. Bizdə analizlər də göstərir ki, bir-birinə yaxın XY qrupların da normal uşaqları olur. İnkişafdan qalma, düşüklər isə tamam başqa səbəblərdəndir. Buna autoimmun xəsləliklər, xromosom patologiyaları, hətta yumurta və sperma səviyyəsində anormal xromosomlar, CRP paneldə laxtalanma problemi, genetik anomaliyalar səbəb ola bilər".

Ş.Musayev qeyd edib ki, həkimlər xəstəyə genetik diaqnoz qoymaqda maraqlı olmalıdırlar. Çünki genetik diaqnoz olmasa, müalicə səhv aparıla bilər.

Molekulyar-genetik əlavə edib ki, Azərbaycanda fərqli genetik sindromlar, qeyri-adi xəstəliklər var: "Tək-tək baxanda hər biri çox nadirdir. Elə sindrom var ki, cəmi 2-3 nəfərdədir. Amma ümumi götürdükdə cəm şəklində ölkəmizdə genetik sindromlar çoxdur. Yəni genetiklərə Azərbaycanda çalışmaq, elmi araşdırma aparmaq üçün münbit şərait var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.