Sağlamlıq

Dırnaq boyaları qana qarışır, maddələr mübadiləsini zəiflədir - İLGİNC FAKTLAR

13 Aprel 2018 23:18
5 Şərh     Baxış: 2 138

Qadınların gözəllik naminə istifadə etdikləri məhsulların başında dırnaq boyaları gəlir. Lakin dırnaq boyaları düşünüldüyü qədər zərərsiz deyil.

Milli.Az-ın medicina.az-a istinadən bildirir ki, araşdırmaçılar qadınların gözəllik parçası olan dırnaq boyalarının bu vaxta kimi məlum olmayan xüsusiyyətini ortaya çıxarıb.

Amerikalı mütəxəssislərin apardığı son araşdırmalara görə, dırnaq boyası insan sağlamlığı üçün təhlükəlidir.

ABŞ-ın Duke Universitetinin mütəxəssisləri dırnaq boyaları üzərində təcrübələr aparıblar. 3 min dırnaq boyası araşdırılıb. Nəticədə dırnaq boyasının tərkibində trifenil fosfat maddəsi aşkar edilib. Könüllü iştirak edən 24 qadın ilə sınaq aparılıb. 10 saatdan sonra isə iştirakçıların 100 faizinin orqanizmində trifenil fosfat izləri müşahidə edilib. Bu maddə insan bədənindəki hormonları zədələyərək endokrin sisteminin pozulmasına yol açır. Dırnaq boyası çəkdikdən sonra dırnaq yolu ilə qana qarışan bu maddə hormon sistemini pozur. Bu da maddələr mübadiləsini yavaşıdır.

Nəticələrə əsasən, dırnaq boyasının orqanizmə mənfi təsirlərini təqdim edirik:

- Dərini zədələyir, allergiya yarada bilər.

- Endokrin sisteminə zərər verərək vücudda toksinlərin toplanmasına səbəb olur.

- Vücudda bəzi infeksiyaların yaranmasına səbəb olur.

- Orqanizmi kimyəvi maddələrlə zəhərləyir.

Həmçinin dırnaq boyasını silmək üçün istifadə edilən asetonların da tərkibində taluen adlı kimyəvi maddə aşkar edilib. Bu isə insan sağlamlığına zərər verir.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Angel · 13 Aprel 23:2530

    Dirnaq boyasini sevirem amma 10ilden coxdu istifade etmirem.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 13 Aprel 23:2653

    Dırnağımda lak olmasa dura bilmirəm. Xüsusilədə qara lakdan istifadə edirəm.

    Cavab yaz
  • Anonim
    Angelə · 14 Aprel 00:0610

    Bilmək olar niyə istifadə etmirsiniz?

    Cavab yaz
    • Anonim
      Olar · 14 Aprel 09:3920

      00:06 namza gore

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.