Sağlamlıq

Dərmanların qəbulu nəticəsində yaranan hallar

13 Aprel 2018 21:09
0 Şərh     Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə kimyəvi dərman preparatlarının istifadəsinin artması nəticəsində dərman xəstəlikləri geniş vüsət alıb və hər il minlərlə xəstənin həyatına son qoyur. Müalicə üçün dərman təyin edilməsi bir çox orqanların funksiyasına mənfi təsir göstərir.

Bakıdakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti Məlahət Osmanovanın dediyinə görə, dərman xəstəlikləri əsasən preparatların gözlənilməz əlavə təsirləri və onların çox yüksək dozalarda təyin olunması nəticəsində yaranır.

Milli.Az bildirir ki, həkim bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verərək deyib: "Dərman xəstəlikləri immun və autoimmun xarakter daşıyır və bu zaman baş verən reaksiyalar üç qrupa bölünür: kəskin, yarımkəsin və ləng tipli reaksiyalar.

Kəskin reaksiyalar dərman qəbulundan dərhal və ya 1 saata qədər vaxt keçdikdən sonra baş verir. Həmin reaksiyalara anafilaktik şok, astmatik status, kəskin məxmərək və kəskin hemoliz aiddir. Yarımkəskin reaksiyalar dərman qəbulundan sonra bir-iki gün ərzində əmələ gəlir. Onlara dəri səpgiləri, üşütmə və qızdırma kimi reaksiyalar aiddir. Ləng tipli reaksiyalar dərman qəbulundan bir neçə gün sonra meydana çıxır. Toksiki limfadenitlər, miokarditlər, hepatitlər və nefritlər həmin reaksiyalara aiddir.

Dərman preparatlarına qarşı allergik reaksiyaların əmələ gəlməsi bir sıra amillərlə əlaqədardır. Bunlara irsi-konstitusional meyllik, ətraf mühit allergenlərinin təsiri, sinir-psixi gərginlik, neyro-humoral tənzimin, uyğunlaşma mexanizmlərinin müdafiə qabiliyyətinin pozulması aid edilir. Hamiləlik zamanı ananın dərman qəbul etməsi, dölün bətndaxili inkişaf dövründə bəzi sensibilizəedici maddələrin təsirinə məruz qalması da allergik reaksiyalara səbəb olur.

Dərman xəstəliklərinin klinik təzahürləri müxtəlifdir. Dərmanın dozası, yeridilmə üsulu, orqanizmin ümumi vəziyyəti və fərdi həssaslığından asılı olaraq allergik, toksik və infeksion formalarda özünü göstərir.

Kəskin reaksiyalar, məsələn, anafilaktik şok zamanı təcili olaraq dərman preparatının qəbulu dayandırılmalı, arterial təzyiqin aşağı düşməsinin qarşısı alınmalı, şok əleyhinə müalicə aparılmalıdır. Yarımkəskin və ləng tipli reaksiyalar zamanı isə orqanizmin sensibilizasiyası azaldılmalı, immun sistemi və müdafiə mexanizmləri möhkəmləndirilməlidir".

sMilli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.