Sağlamlıq

Bu üsulla ağrılardan xilas ola bilərsiniz: İNANILMAZ ARAŞDIRMA

18 İyun 2018 20:51
0 Şərh     Baxış: 1 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ac qalmaq ağrı hissini azaldır. Bəli, səhv oxumadınız. ABŞ alimlərinin apardığı araşdırmaya görə, ağrı hissləri ilə aclıq hissləri arasında əlaqə var.

Milli.Az xəbər verir ki, Pensilvaniya universitetinin alimləri siçanlar üzərində araşdırma apararaq bu qənaətə gəliblər.

Alimlər bildirir ki, beyində aclıqla bağlı bəzi neyronlar ağrıya qarşı dözümlülük yaradır. Aclıq ağrı hissi və buna verilən reaksiyanı əngəlləyən sinir sistemini hərəkətə keçirir. Siçanlar üzərində aparılan araşdırma zamanı beynin heyvanın ac olduğu zaman xroniki ağrıları boğmaq üçün sinirlərdən faydalandığını göstərib.

24 saat ac qalan siçanların iltihabi ağrılara, qarnı tox olan siçanlara nisbətən daha az reaksiya verdiyi müəyyən edilib. Onların reaksiyasının ağrıkəsici verilən siçanlarla uyğun olduğu sübut edilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.