Sağlamlıq

Ballı, südlü zəncəfil çayı - DEPRESSİYADAN QORUYUR

20 May 2018 20:04
0 Şərh     Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəncəfilin sağlamlığa faydaları saymaqla bitmir. Həmçinin onun çayının xüsusilə xeyirli olduğu bildirilir. Milli.Az ailem.az-a istinadən ballı, südlü zəncəfil çayının hazırlanma qaydasını təqdim edir.

Ballı, südlü zəncəfil çayı kortizol istehsalını azaldaraq, dopamin və seratonin hormonlarının üzə çıxmasını tənzimləyən təsiri ilə orqanizmi depressiya və stressə qarşı qoruyur. Həmçinin həzm sisteminə də təsir etdiyi üçün daha az acmanıza və arıqlamağınıza kömək edir.

Lazım olanlar:

2 nazik dilim təzə zəncəfil

1 çay qaşığı bal

1 stəkan qaynamış su

Hazırlanması:

Təzə zəncəfilin qabığını kartof kimi soyun və 2 nazik dilim kəsin. Üzərinə su əlavə edib 10 dəqiqə aşağı odda qaynadın. 5 dəqiqə gözlədikdən sonra stəkanın 3-də 1-inə dəmlədiyiniz bu çayı süzün. Balı içərisinə qarışdırın və ən son üzərini südlə doldurun. Süd sevmirsinizsə, içərisinə bir az limon suyu tökə bilərsiniz. Lakin süd həm acdırmır, həm də həzm sisteminin daha rahat işləməsinə kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.