Sağlamlıq

Hamilə qadınlara onlayn tibbi nəzarət ediləcək - VİDEO

21 Fevral 2018 21:27
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq heç bir hamilə qadın tibbi nəzarətdən kənar qalmayacaq. Ana və uşaq sağlamlığının profilaktikası onlayn formada həyata keçiriləcək.

Milli.Az bildirir ki, vaxtında müayinədən keçməyən hamilə qadınlarda və dünayaya gələn körpələrdə bir sıra hallarda ciddi problemlər yaradırdı. Bu kimi halların qarşısını almaq üçün komunukuasiya texnologiyalarının imkanlarından da geniş istifadə ediləcək. Artıq Səhiyyə Nazirliyi paytaxt Bakıda belə bir sistemin tətbiqinə başlayıb. Söhbət hamilə qadınlara onlayn nəzarət sistemindən gedir.

Bu isə mərkəzdən istənilən pasient haqda təfərrüatlı məlumat əldə etmək imkanı yaradır. Üstəlik, vaxtaşırı müayinədən keçməyən şəxslərin olub-olmamasını da sisitem üzə çıxarır.

Mütəxəsislərin sözlərinə görə, elektron sistemin tətbiqinin bir sıra üstünlükləri olacaq. Belə ki, hamilə qadınların vaxtında aşkarlanması onlara nəzarətin gücləndirilməsi və sağlam körpələrin dünyaya gəlməsində böyük rol oynayacaq.

Registrlərın fəaliyyətinin əsas məqsədi- hamilə qadınların vaxtında aşkarlanması onlara nəzarətin gücləndirilməsi və sağlam körpələrin dünyaya gəlməsidir. Yaxın gələcəkdə bu sistemin əhatə dairəsi genişləndiriləcək və ölkənin 63 rayonunda tətbiq ediləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hamilə qadınlara onlayn tibbi nəzarət ediləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.