Sağlamlıq

Onlayn əldə edilən dərman və vitaminlər fəsadlar verə bilər - XƏBƏRDARLIQ - VİDEO

21 Fevral 2018 21:21
0 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici ölkələrdən onlayn qaydada dərman preparatları və vitaminlərin sifariş edilməsi halları çoxalıb. Amma həkimlər xəbərdarlıq edirlər ki, məsləhətləşmədən hər hansı preparatı sifariş etməyin fəsadları ola bilər.

Milli.Az bildirir ki, vətəndaşların internetdən belə preparatları ucuz olduğuna və daha çox etibar elədiklərinə görə sifariş edirlər. Əksər insanlar düşünür ki, vitaminləri və digər bioloji aktiv maddələri özbaşına qəbul etmək olar və orqanizmə yalnız müsbət təsir göstərir. Amma həkimlər bu qənatədə deyil.

Terapevt-toksikoloq Könül Abidova deyir ki, bir sıra hallarda xaricdən gətirilən vitamin və bioloji aktiv maddələr insanda müəyyən allergik reaksiya yaradır. Çünki bu dərmanların saxlanma qaydalarına əməl edilib-edilmədiyi məlum deyil. Belə olan halda isə həmin dərmanların insan sağlamlığına mənfi təsir edəcəyi şübhəsizdir.

Həkimlər bu məsələdə vətəndaşlara daha diqqətli olmağı tövsiyə edirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Onlayn əldə edilən dərman və vitaminlər fəsadlar verə bilər - XƏBƏRDARLIQ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.