Sağlamlıq

Müəllimlərdən birinin vərəm xəstəsi olduğu məktəbdən AÇIQLAMA

15 Fevral 2018 10:35
1 Şərh     Baxış: 2 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının 23 saylı məktəbində şagird və müəllimlər arasında xəstəlik əlamətləri aşkar olunmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə müəllimlərindən birinin vərəm xəstəliyinə yoluxduğu 23 saylı məktəbin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, müəllimlərdən biri xəstələnərək dekabrın sonunda KRVİ diaqnozu ilə xəstəlik məzuniyyətinə çıxmış və bu günə qədər işə qayıtmamışdı. 9 fevral 2018-ci il tarixdə Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən gələn rəsmi məktubda müəllimənin başqa diaqnozu barədə məlumat alınıb və dərhal valideynlərə və müəllimlərə bu məlumat çatdırılıb. Hazırda məktəb Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əməkdaşlıq edərək bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün şərait yaradıb: şagirdlər, müəllimlər, inzibati və texniki işçilərin müayinəsi aparılır, həkimlər tərəfindən valideynlərin suallarına cavab verilir.

Məktəbdən bildirilib ki, bu günə qədər şagirdlər və müəllimlər arasında xəstəlik əlamətləri aşkar olunmayıb. 23 saylı məktəb normal rejimdə işləyir, bütün təlim-tərbiyə tədbirləri planlaşdırılmış qrafik üzrə həyata keçirilir.

Xatırladaq ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ötən gün Trend-ə bildirmişdi ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

"Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün. Xəstə müəllimənin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbilər həyata keçirilir. Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.