Sağlamlıq

Anasının yanında yatan uşaqlar...

14 Fevral 2018 22:49
4 Şərh     Baxış: 3 560

Tibb işçiləri uzun müddət öz uşaqları ilə bir yerdə yatan valideynlərlə mübarizə aparmağa çalışıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ekspertlər bunu uşaqlar arasında ölüm riskinin artması ilə əlaqələndirirlər. Lakin Keyptaun Universitetinin əməkdaşı, professor Nils Berqmanın apardığı son tədqiqat pediatrların rəsmi mövqeyini dəyişdirə bilər. Berqman bəyan edir ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Müşahidələr göstərir ki, anasının sinəsində yatan körpələr daha çox yatırlar. Bu zaman onların ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.

Öz çarpayısında yatarkən körpənin beyni yuxunun iki tipi, yəni aktiv və sakit yuxu arasında daha az keçid edir. Bu keçid isə beynin normal inkişafı üçün vacibdir. Sonralar yuxu çatışmazlığı və stress səbəbindən uşaqda pis davranış da istisna edilmir.

Ekspertin fikrincə, körpələr üçün həyatın ilk həftələrində ideal vəziyyət ananın sinəsində yatmaqdır. Sonra uşaq ana ilə bir çarpayıda 3-4 yaşınadək yatmağı davam etdirməlidir.

Alimin üzərində təcrübəsini sınaqdan keçirdiyi çarpayıda yatan 16 uşaqdan yalnız 6-da sakit yuxu qeydə alınıb və həmin yuxunun keyfiyyəti anası ilə birgə yatan uşaqlardakından xeyli aşağı olub.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    naila · 15 Fevral 11:4410

    Oglumun 4 yawi hele de menimle yatir. Hec ayrilmaq istemir. Duzunu desem men de istemirem )

    Cavab yaz
  • Anonim
    Angel · 15 Fevral 15:0520

    Balarimda menimle yatib indide nevem menimle yatir)))geceni elini qoluma qoyur yatir gunortaya kimi yatsam yatar))))esl cennet

    Cavab yaz
  • Anonim
    ) · 15 Fevral 18:5910

    Mənim şirinim də bizlə yatır)4yaşı var.Barmağım əlində olmasa yatmır ki)Arada öz yerinə qoyuram,gecə ayılıb qaçır yanımıza)Onunla yatmaq cənnəti duymaqdı❤Sənə qurban olum çiçəyim mənim)

    Cavab yaz
  • Anonim
    Ana · 15 Fevral 22:4010

    Şərhlər ürəyimi acdı.Allah hamıya bütün layiqli qadınlara ana olmagı nəsib etsin Xanım Zəhraya (s.a )xatir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.