Sağlamlıq

Kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədə SON DURUM açıqlandı

14 Fevral 2018 08:17
7 Şərh     Baxış: 3 511

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.

Milli.Az xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva özəl olaraq Trend-ə bildirib ki, ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir.

"Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub".

Milli.Az

Şərh yaz:

7 Şərh:

  • Anonim
    mozalan · 14 Fevral 08:2050

    Yalansa....

    Cavab yaz
    • Anonim
      zamin · 14 Fevral 11:3850

      EKABİL YALAN DANIŞMAQA AND İCİBLAR.BİRDAFADA DÜRÜST OLUNDA.

      Cavab yaz
      • Anonim
        Zamin · 14 Fevral 12:5440

        AKSİNA HAQİQATİ DEYİN,DEYİN AY CAMMAHAT EHTİYATLI OLUN GÜCLÜ İNFEKSİYA YAYILIB ÖZÜNÜZÜ QORUYUN,FİLAN QABAQLAYICI TADBİRLARİ GÖRÜN.

        Cavab yaz
  • Anonim
    Öz · 14 Fevral 08:4450

    Əcəb də keçən ilki kimi deyillər.camaat nə gündədi.Yüngül olan viruslara dizenfeksiya gərəy olmur.Deyin ki tapa bilmirik bu nə.xəstəliydi.Uşağ böyük klinikalar doludur

    Cavab yaz
  • Anonim
    Aristokrat · 14 Fevral 09:1270

    Hansi müeisselerde aparilib profilaktik tedbirler?

    Cavab yaz
  • Anonim
    111 · 14 Fevral 09:3590

    yalana bax e! Qrip olmayan men bu qish bashlanani qripden saqala bilmirem, gedir, yene de peshiman olub qayidir geri, elece de evdekiler, ishdekiler, butun qohumlar, tanishlar !!! Nece yeni epidemiya yoxdur, bes bu nedir??? Butun tehsil muessilereinde profilaktik tedbirler kecirilmeli, peyvendler olunmali, dermanlar paylanmalidir

    Cavab yaz
    • Anonim
      Ana · 14 Fevral 17:0910

      Əşşi kefden danışırsiz men hec onlarin payladigi dermani uşaqima vermerem

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.