Sağlamlıq

Bu ultrabənövşəyi lampalar QRİPİ MƏHV EDİR

12 Fevral 2018 23:14
0 Şərh     Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər tərəfindən qripi məhv edən zərərsiz ultrabənövşəyi lampa hazırlanıb. Bu gün xəstəxana və laboratoriyalarda mikrobları məhv etmək məqsədi İlə ultrabənövşəyi şüalardan istifadə olunur. Lakin bu metod insan sağlamlığı üçün təhlükə yarada bilər. Milli.Az ailem.az-a istinadən bildirir ki, amerikalı fiziklər artıq müəyyənləşdiriblər ki, ultrabənövşəyi dalğaları qısaltdıqda insana zərər yetirmədən mikrobları məhv etmək mümkündür.

Belə ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Tibb Mərkəzinin fizikaçı alimi Devid Brennerin rəhbərliyi altında bir qrup tədqiqatçı tərəfindən dörd il ərzində qısa ultrabənövşəyi dalğalar öyrənilib. Alimlərin qənaətinə əsasən, bu cür dalğalar insanın gözünün buynuzlu qişasına və dərisinə heç bir zərər vermədən mikrobları öldürür. Hətta müəyyənləşdirilib ki, daha qısa ultrabənövşəyi dalğaları insanların çox olduğu yerlərdə də istifadə etmək olar.

Beləliklə, Brennerin rəhbərlik etdiyi bir  qrup alim tərəfindən insan sağlamlığı üçün təhlükəsiz olan ultrabənövşəyi lampa hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.