Sağlamlıq

Əhalinin pulsuz tibbi müayinəsinə başlanır

12 Fevral 2018 11:33
2 Şərh     Baxış: 1 576

Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək.

Respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.

Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə" sərəncam imzalayıb.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    .. · 12 Fevral 11:3900

    Allah komeynz olsun

    Cavab yaz
  • Anonim
    Azad · 13 Fevral 07:2300

    Bizde hansi pulsuz muayineden danisirsiz pulsuz hansi hekim muayine edir adami

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.