Sağlamlıq

Bu qan qrupunun sahibləri daha ölümcül xəstəliklərə yoluxur

12 Fevral 2018 10:11
1 Şərh     Baxış: 5 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vermont Universitetinin tibb kollecinin əməkdaşları qan qrupu ilə bir sıra xəstəliklərin inkişafı arasında əlaqə tapıblar.

Milli.Az xarici KİV-lərə istinadən xəbər verir ki, hipotezi təsdiqləmək üçün sınaqlar üç il yarım davam etdirilib.

Verilən məlumata görə, təcrübələrdə 30 min adam iştirak edib. Məlum olub ki, yaddaş itkisi və koqnitiv pozğunluq adətən 1-ci qan qrupunun nümayəndələrində baş verir. 

Zehni deqredasiya xəstəliklərinin qurbanları isə daha çox 4-cü qan qrupunu daşıyan insanlardır. Bundan əlavə ən nadir qan qrupunun sahiblərində ürək xəstəlikləri də geniş yayılıb.

Beləliklə, alimlər nəticəyə gəliblər ki, 4-cü qrup ən təhlükəli qan qrupudur. Çünki onun sahibləri digərlərinə nisbətən daha ölümcül xəstəlilərə yoluxma riskinə yaxındırlar.

Kamil Abbas
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.