Sağlamlıq

10 qutu siqareti çəkəndən sonra ağciyər hansı günə düşür? - Dəhşətli görüntülər - VİDEO

20 Yanvar 2018 12:18
1 Şərh     Baxış: 4 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqaretin zərərli olduğunu hamımız bilirik və praktikada da bunu müşahidə edirik. Bu vərdiş bir çox xəstəlikləri, o cümıədən xərçəng xəstəliyini törədən səbəblərin arasında ön sıralardadır.

Milli.Az saglamolun.com-a istinadən xəbər verir ki, tütün məmulatlarının insan orqanizminə vurduğu zərərlə bağlı çoxlu araşdırmalar var. Bütün bu araşdırmalar bu məhsulların nə dərəcədə zərərli və təhlükəli olduğunu üzə çıxarır.

Bəs siqaret çəkən adamların ağciyərlərində nə baş verir? Ağciyərə daxil olan tüstü orada hansı izləri buraxır? Bu suallara cavab axtaranlar aşağıdakı videoya baxmalıdırlar. Videoçarxda sadəcə, 200 ədəd (10 qutu) siqaretin ağciyəri hansı günə qoyduğu göstərilir. Bunu aydınlaşdırmaq üçün tədqiqatın müəllifi maraqlı bir təcrübə keçirib: O, donuzun ağciyərini götürüb və daha sonra ona nasos qoşaraq tüstünü ağciyərə vurub.

200 ədəd siqareti "çəkəndən" sonra tədqiqatçı ağciyəri kəsib içərisində baş vermiş dəyişikliyi göstərir. Ortaya çıxan mənzərə insanı dəhşətə gətirir. Əgər sən də siqaret çəkirsənsə, gecikmədən bu vərdişdən imtina et!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Görün, 10 qutu siqareti çəkəndən sonra ağciyər hansı günə düşür... Dəhşətli görüntülər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.