Sağlamlıq

"Körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb" - Səhiyyə Nazirliyi

15 Yanvar 2018 11:25
1 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhər Səhiyyə İdarəsində "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş müşavirə keçirilib. 

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.

Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

Müşavirədə 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.