Sağlamlıq

Dərman preparatlarının ölkəyə qeyri-qanuni keçirilməsinin qarşısı alındı - FOTO

13 Yanvar 2018 15:24
0 Şərh     Baxış: 1 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gömrük bəyannaməsi olmadan keçirilən dərman preparatları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan "Mercedes Benz E220" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Lakin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacağının söykənəcək hissəsinin arxasından, qabaq sağ və sol döşəmələrin altindan gizlədilmiş halda ümumi sayı 142 konvalyut-1857 ədəd üzərində "Omega 3 Kapseln" yazısı olan balıq yağı dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.