Sağlamlıq

Sevimli mürəbbənin 5 FAYDASI

12 Yanvar 2018 23:45
6 Şərh     Baxış: 2 829

Soyuq üsulla (qaynatmadan) bişirilmiş moruq mürəbbəsi çox faydalı və müalicəvi məhsuldur.

Bu üsulla bişirilmiş mürəbbədə moruğun bütün faydalı xüsusiyyətləri saxlanılır.

Milli.Az saglamolun.az-a istinadən sevimli mürəbbənin şəfaverici xüsusiyyətlərini təqdim edir:

1. Moruq mürəbbəsi fitonsidlərlə zəngindin. Bu maddələr təbii antibotiklər sayılır və məhz fitonsidlər mürəbbəyə heyranedici qoxudan əlavə mikrob və virus əleyhinə təsir bəxş edir. Bu səbəbdən moruq mürəbbəsi soyuqdəymə, qripp, angina zamanı çox faydalıdır.

2. Moruq mürəbbəsində asetilsalisil turşusuna (aspirin tərkibində olan turşu) oxşar maddələr var ki, bu maddələrə görə moruq mürəbbəsi yüksək hərarəti aşağı salmaq xüsusiyyətə malikdir.

3. Moruq mürəbbəsi ellaq turşusu ilə zəngindir. Bu turşu orqanizmə xərçəng əleyhinə təsir edir.

4. Moruq mürəbbəsinin tərkibində olan fitosterinlər aterosklerozun qarşısını alır, kumarinlər isə qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

5. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Tovuzlu E · 12 Yanvar 23:5110

    Qaynatmadan bisirilmis moruq murebbesi nece olur Pesokla su qaynadilir, sonra meyveler tokulur, odur

    Cavab yaz
    • Anonim
      sena · 13 Yanvar 01:5300

      Wekildeki moruq yox malinadi ve imenna malinadan hazirlanani cayla icmiwem superdi mence moruq qalmaz cunki malinaya baxanda daha qalindi icliyi

      Cavab yaz
  • Anonim
    Nuray · 13 Yanvar 00:0700

    Qaynatmadan bisirilmis yox hazirlanmis yazilmaliydi.seker tozu ve morugu qatmaqla hazirlanan tebii murebbe nezerde tutulur

    Cavab yaz
  • Anonim
    Nur · 13 Yanvar 00:0800

    Yox moruqla pesoqu qarisdirirsan. 2 gun saxla. Sonra bankalara yiq qisda nus ele. Cox lezzetli olur. Etri de gozel olur.

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 13 Yanvar 10:3800

      Tesekkur

      Cavab yaz
  • Anonim
    Nilay · 13 Yanvar 11:2510

    Malina rus dilindedi moruq azeri.1 kq malina 2 kq seker tozu qariwdirib saxlajirsan .super olur.men her il edirem.amma onuda deyim qani cox asagi salir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.