Sağlamlıq

Gurultulu musiqinin karlıqla necə nəticələndiyinə aydınlıq gətirilib

12 Yanvar 2018 22:53
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-York Lanqon Universitetinin otolarinqologiya professoru Uilyam Şapiro musiqi dinləmənin hansı hallarda karlığa səbəb ola biləcəyini izah edib. Belə ki, musiqi səsi təhlükəsiz səviyyədən yuxarı olduqda, qulaqcıqlar daxili qulağın zədələnməsinə gətirib çıxarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, insanlar qulaqcıq vasitəsilə musiqinin səsini lazımi səviyyədən çox artırır və həkimlərin məsləhətinə etinasız yanaşmaqla davamlı olaraq eşitmə qabiliyyətini zədələyir. Amerikalı alim vurğulayır ki, ən çox təhlükəyə gənclər məruz qalır. Onun sözlərinə görə, gurultunun təsirindən artıq yeniyetmələrin 20 faizinin eşitmə qabiliyyəti bu və ya digər dərəcədə pozulub.

Professor bunun nə üçün baş verdiyini təfsilatı ilə izah edib. Belə ki, insanın hər qulağında səs vibrasiyalarını qəbul edən və qulaq hələzunu adlanan daxili struktur mövcuddur. Bu prosesi 15 min tükcük tənzimləyir. Səs dalğalarını müəyyən etmək üçün çox böyük əhəmiyyətə malik olan kiçik həssas tük hüceyrələri çox kövrəkdir. Bu hüceyrələr regenerasiya olunmur, onların zədələnməsi isə davamlı şəkildə baş verir. Məhz bu amil insanların bir çoxunda eşitmə qabiliyyətinin itirilməsi ilə nəticələnir.

Doktor Şapiro əlavə edib ki, yolverilməz dərəcədə gurultulu səsin böyük bir hissəsi qulaqlarımıza qulaqcıqlar vasitəsilə daxil olur. "Bu gün qulaqcıqlar qulaq hələzununa çox yaxın yerləşdirilir ki, onların yaratdığı səs və səs təzyiqi nə qədər yüksək olarsa, tük hüceyrələrinin zədələnmə ehtimalı da bir o qədər çoxalır. Əslində, siz qulaq hələzununda tükcükləri stressə məruz qoyur və onları məhv edirsiniz. Xatırladıram ki, bu tükcüklər bərpa olunmur və insan sadəcə gurultulu musiqi dinləmək həvəsindən kar ola bilər", - deyə amerikalı alım vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.