Sağlamlıq

Südə vanil qatsanız... - YATA BİLMƏYƏNLƏR SINASIN

23 Fevral 2018 23:27
1 Şərh     Baxış: 3 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş və ya məktəbə gedərkən bir çoxumuz yuxulu oluruq. Bu isə gecə narahat yatmağın göstəricisidir. Milli.Az ailem.az-a istinadən rahat yatmağa səbəb olacağınız vasitələr barədə məlumat verir.

Ballı süd

Ballı süd yaxşı bir yuxu üçün seçəcəyiniz ilk içki ola bilər.

Bananlı süd

Tərkibində olan maqnezium sayəsində əzələləri rahatladıb, melotonin və serotonin hormonlarının yayılmasını da artırır. Beləliklə, bədən rahatlanar və yuxunuz da daha şirin olar.

Vanilli süd
 

Süd təbii bir yuxu dərmanıdır. Tərkibində olan kalsium, triptofan birləşmələri daha rahat yuxu yatmağınıza kömək edir. Vanilin rahatladıcı təsiri südlə birləşdikdə daha gözəl nəticə alacaqsınız.

Gilaslı qatıq

Mütəxəssislər yatmazdan qabaq mütləq qatıq yeyilməsini söyləyirlər. Təbii bir sakitləşdirici olan triptofan tərkibinə əsasən qatıq olduqca sağlam bir qidadır. Gilas ilə birləşdiyində isə yaranan melotonin vücudun rahatlanmasını təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.