Sağlamlıq

Bu qarışımı içsəniz, DƏRİNİZ QOCALMAZ

19 Fevral 2018 07:55
2 Şərh     Baxış: 6 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəncəfil pəhriz zamanı istifadə olunan ən faydalı ədviyyatlardan biridir. Həzmə kömək edir, yağ yandırılmasını sürətləndirir, həmçinin, metabolizmanı 20 faiz sürətləndirərək toksinlərin bədəndən atılmasına kömək edir. Zəncəfil dərinin cavan qalmasına da faydalıdır. Üzünüzü həftədə bir dəfə zəncəfil suyu ilə yuyun. Milli.Az ailem.az-a istinadən sürətli arıqladan və yağ yandıran zəncəfil reseptini təqdim edir.

Lazım olanlar:

1 çay qaşığı rəndələnmiş zəncəfil
1 xiyar
1 limon
1-2 nanə yarpağı
2 litr su

Hazırlanması:

Xiyarı soyun və nazik şəkildə doğrayın. Sonra limon və zəncəfili də eyni şəkildə dilimləyin. Bütün ləvazimatları suyun içinə nanə yarpaqları ilə bərabər əlavə edin. Gecə boyu soyuducuda saxlayın. Hər gün 3 stəkan, xüsusilə səhərlər ac qarına və yeməklərdən əvvəl için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.