Sağlamlıq

Zeytunda gizlənən BÖYÜK SİRR - Alimlər ÇÖZDÜ

11 Fevral 2018 19:39
2 Şərh     Baxış: 6 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüceyrə yeniləyici xassələrə malik olan zeytun çəyirdəyinin yeni faydaları üzə çıxıb.

Milli.Az xəbər verir ki, Türkiyədə 10 universitetin zeytun çəyirdəyi üzərində apardığı elmi araşdırmanın nəticələri çoxlarını təəccübləndirib. 5 ildir zeytun ağacını araşdıran alimlər zeytun çəyirdəyinin sirrini çözməyə çalışıb.

Türkiyənin dərman şirkətləri zeytun yarpağından əldə edilən hüceyrə yenileyici maddə olan oleuropeini İsveçrədəki dünyanın nəhəng dərman firmalarına idxal edir. İndi isə firma zeytun çəyirdəyi rüşeymini dərman xam maddəsi olaraq kq-nı 5 min avroya satmağa başlayıb.

Türkiyəli professor Faruk Durukan bildirib ki, zeytun çəyirdəklərini udmaq olmaz:

"Zeytun çəyirdəyini udmaq son dərəcə zərərlidir. Onu udmaq orqanizmə heç bir fayda vermir, üstəlik bədəni yorur. Çünki süfrəlik turşu zeytunların toxumları qıcqırmış olur. Turşu halında olan zeytun çəyirdəklərinin rüşeyminin bütün faydası pozulur. Biz ağacdan toplanan zeytunları lətindən ayıraraq istifadə edirik. Əldə etdiyimiz təzə zeytun tumlarını fərqli metodla sındırırıq və rüşeymləri alırıq. Bu məhsula xaricdəki dərman firmalarından böyük tələbat gəlir. Çünki zeytun çəyirdəyində dünyanın ən keyfiyyətli dərmanlarında istifadə edilən maddələr var.

Əvvəlki elmi tədqiqatlarda isə bu məhsulun xüsusilə xərçəng xəstəliklərinin müalicəsində istifadə edildiyi açıqlanmışdı. Biz isə zeytun tumundan rüşeymləri pozulmadan almağa və onun üzərində araşdırmalara davam edirik". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.