Sağlamlıq

Qəbizliyin qarşısını alan KİŞMİŞ SUYU

13 Dekabr 2017 22:55
1 Şərh     Baxış: 9 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişmiş və kişmiş suyu kaliumla zəngindir. Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.

Kişmiş suyunun hazırlanması:  
 
Kişmiş suyunu hazırlamaq çox asandır. Bunun üçün 1 ovuc kişmiş təmizlənir, yuyulur, termosa tökülür. Üzərinə 1 stəkan isti su tökün, səhərə qədər saxlayın. Səhər bu suyu için və kişmişi yeyin. Kişmiş suyunu uşaqlara da vermək olar.
 
Qeyd edək ki, kişmiş suyu qaraciyər və ürək üçün də çox faydalıdır.
 
Kalium ürək əzələsini möhkəmləndirir, arterial təzyiqin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər bu sadə və faydalı vasitədən tez-tez istifadə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.