Sağlamlıq

Ginekoloji xəstəliklərə səbəb olan HİSSLƏR - Qadınlar oxusun!

13 Dekabr 2017 22:37
0 Şərh     Baxış: 6 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü mənfi emosiyalar sağlamlığa mənfi təsir edir. Qadınlarda belə emosiyalar bir çox ginekoloji problemlərə səbəb ola bilər.

Milli.Az ginekoloji xəstəliklərin gizli psixoloji səbəblərini sizə təqdim edir.

Endometrioz

Bu xəstəlik təşviş və həyəcana meyilli olan, sevinə bilməyən, həyatdan zövq almağı bacarmayan qadınlarda inkişaf edir.

Uşaqlıq mioması

Öz yaxınlarına qarşı olan uzun inciklik, depressiyaya meyillilik və pis əhval-ruhiyyə uşaqlıq miomasının inkişafına gətirib çıxarda bilər. Belə psixoloji durum maddələr mübadiləsi və hormonal fonunun dəyişikliklərinə səbəb olur.

Yumurtalığın kistası

Psixoloqların araşdırmaları göstərib ki, bu xəstəlik həddindən artıq qorxu nəticəsində yaranır. Ən geniş yayılan forması "Məni sevmirlər" qorxusudur. Qısqanclıq, tənhalıq qorxusu və insanlarla münasibətləri daim aydınlaşdırmaq istəyi də bu xəstəliyin yaranma səbəblərindən biridir.

Ağır klimaks

Həyatlarından narazılıq, natamamlıq kompleksi, illərlə yığılan yorğunluq və öz maraqlarına laqeyd yanaşma vərdişi qadınların klimaks dövrünü ağır keçirməsinə səbəb olur.

Odur ki, sağlam olmaq istəyirsinizsə mənfi emosiyaları və fikirləri həyatınıza buraxmayın, həyatdan zövq almğa çalışın. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.