Sağlamlıq

Bogaz ağrısı zamanı 3 SINANMIŞ TƏBİİ VASİTƏ

13 Dekabr 2017 22:52
1 Şərh     Baxış: 5 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boğaz ağrısının səbəbləri müxtəlif ola bilər. Ən yayılmış səbəblər arasında - virus  və bakterial infeksiyalarıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bakterial infeksiyaları (angina) mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır və aşağıda sadaladığımız vasitələr yalnız antibiotiklərlə yanaşı olaraq köməkçi vasitələr kimi istifadə oluna bilər. Diqqət! Düzgün müalicə olunmamış və ya müalicəsiz buraxılmış angina ağır fəsadların inkişafına (ürək, böyrək xəstəlikləri) səbəb ola bilər.

Virus infeksiyaları əksinə antibiotiklərlə müalicə olunmur ki, antibiotiklər viruslara deyil, bakteriyalara təsir edir.

Virus infeksiyası zamanı aşağıda qeyd etdiyimiz vasitələr müstəqil şəkildə istifadə oluna bilər. 

Beləliklə, boğaz ağrısı zamanı ən sınanmış təbii vasitələr bunlardır:
1. Duzla qarqara. 1 stəkan ilıq suda yarım çay qaşığı duz əridin və bu məhlulla gündə bir neçə dəfə boğazınızı qarqara edin. Həmçinin sodadan da istifadə etmək olar - 1 stəkan su + 1 ç.q. soda.

2. Çobanyastığı dəmləməsi. 1 x.q. quru çobanyastığı 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində bir neçə dəfə qarqara üçün istifadə olunur.

3. Zəncəfil dəmləməsi. 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfili 1 stəkan isti suda 30 dəqiqə dəmləyin, süzün və qarqara üçün istifadə edin.

Bütün sadaladığımız vasitələr güclü antiseptik təsirə malikdir, ağrını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir və sağalmanı tezləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.