Sağlamlıq

Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!

11 Dekabr 2017 23:57
0 Şərh     Baxış: 5 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Gepatologiya Dərnəyi İdarə Heyətinin üzvü professor Orxan Sezgin soyuq havada bəzi dərmanların istifadəsinin mənfi nəticələrə gətirib çıxaracağı qənaətindədir.

Milli.Az xəbər verir ki, həkim ağrıkəsici dərmanların mədə və bağırsaqlara zərər verdiyini bildirib. Bəs mədəyə zərər verən dərmanları istifadə edərkən nələrə diqqət etməli?

Qış aylarında soyuqdəymə, iltihablaşma və qrip kimi xəstəliklərin tez sağalması üçün bəzi dərmanlardan istifadə etmək məcburiyyətində qalırıq.

Sezgin bildirib ki, mövsüm dəyişikliyi ilə əlaqədar olaraq çox isti havalarda ürək-damar xəstəlikləri və hipertoniya kimi problemlər, soyuq aylarda isə əsasən alt və üst tənəffüs sistemi xəstəlikləri şiddətlənir:

"Bahar aylarında mədə və bağırsaq şikayətləri, mədə pozğunluğu və qarın ağrısı problemlərinin artdığını daha çox müşahidə edirik. Bu problemlərin artmasına təsir edən amillər dəqiq bilinməsə də, iqlim dəyişikliyi nəticəsində baş verən təzyiq və ya qidalanma dəyişiklikləri ola bilər.

Orqanizmə təsir edən digər amil isə havaların soyuması ilə ağrı kəsici və qızdırma əleyhinə dərmanlardan istifadənin artmasıdır. Bu məqsədlə ən çox istifadə edilən Non-steroid anti-inflamatuar adlanan revmatizm dərmanları mədə və bağırsaqlara ziyan verə bilmək potensialına malikdir. Bu dərmanların reseptsiz, həddindən artıq istifadəsi mədə və on iki barmaq bağırsağında xora inkişafına, qanaxmaya və ya deşilmə kimi ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur".

Professorun sözlərinə görə, havalar soyuyanda lazımsız ağrı kəsici və revmatizm dərmanlarının istifadəsindən uzaq durmaq və onları həkim nəzarəti altında istifadə etmək lazımdır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.