Sağlamlıq

Uşaqların yuxusu pozulubsa, deməli...

20 Noyabr 2017 23:24
1 Şərh     Baxış: 2 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir texnologiyalar üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, smartfon, noutbik, planşet kimi qurğular daha çox uşaqların sağlamlığına mənfi təsir edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ-ın Kolorado universitetinin mütəxəssisləri bu qənaətə gəliblər.

Ən təhlükəlisi isə bu qurğuların işıqlarının azyaşlılarda yuxu prosesinə təsir etdiyi qeyd olunub.

5-17 yaş arası uşaqlar arasında aparılan təcrübələr nəticəsində məlum olub ki, ekran qarşısında daha çox vaxt keçirən uşaqlar daha pis yatırlar.

Mütəxəssislər belə hallar olarsa, həkimə müraciət etməyin mütləq olduğu kimi, bu cür qurğulardan uzaq durmağı da vacib sayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.