Sağlamlıq

Qəbizlik problemini yarım saata aradan qaldıran ŞƏFALI QARIŞIQ

17 Dekabr 2017 19:20
0 Şərh     Baxış: 24 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əncirin insan sağlamlığına möcüzəvi faydaları var. Bəs quru ənciri südün içərisində saxlayıb içdikdə faydasının iki qat artdığını bilirsinizmi? Milli.Az lent.az-a istinadən əncirli südün şəfa olduğu xəstəliklər və istifadəsi haqqında məlumat verir.

Qəbizlik əleyhinə
 
Qaynayan südün içərisinə 3 və ya 4 ədəd quru əncir atın. Daha sonra əncirlərlə bərabər 5 dəqiqə qaynadın. Qaynadıqdan sonra əncirli süd qarışığını blenderdən keçirin. Əncirlər südün içində püre halına gəldikdə içə bilərsiniz. Ən az yarım saatdan sonra qəbizlik probleminiz aradan qalxacaq.
 
Öskürək əleyhinə
 
Əncir sinəni yumşaltdığı üçün bronxit və öskürək kimi sağlıq problemlərində bəlğəmi təmizləyərək rahatladır. İki stəkan çiy südün içinə iki ədəd quru əncir doğrayıb qaynadın. İyirmi dəqiqə saxlayın və süzün. Gündə iki dəfə isti-isti için.
 
1-2 ədəd quru ənciri 2 çay qaşığı balla birlikdə isti suda qarışdırıb çay kimi də içə bilərsiniz. Bir neçə dəfə içdikdən sonra boğaz ağrınız dərmansız sağalacaq.
 
Süd içə bilməyən əncir yesin
 
Hər hansı bir səbəbdən süd içmirsinizsə, bu vəziyyəti dərd etməyin. Quru əncir meyvəsi də südün yerinə keçir. Əncirin tərkibində olan kalsium və fosfor sümük və diş sağlığını qoruyursunuz. Buna görə süd içməyən şəxslərə gündə 3 ədəd quru əncir yemək məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.