Sağlamlıq

Çox isti və kəskin qidalar ezofaqitin yaranmasına səbəb olur

25 Sentyabr 2017 23:21
3 Şərh     Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ezofaqit həzm traktının geniş yayılmış xəstəliklərindən biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov bildirib.

Həkim deyib: "Ezofaqitin inkişafında əsas yeri alimentar faktorların qida borusunun selikli qişasına qıcıqlandırıcı və travmatik təsiri nəticəsində yaranan zədələnmələr tutur. Buna çox isti, kəskin qidalar, spirtli içkilər və ya toksik maddələr daxildir. Tam dəyərli qidalanmamaq nəticəsində baş verən zülal və vitamin çatışmazlığı, qida borusunun qan dövranının pozulması, nevrogen təsirlə əlaqədar yaranan spazm, mədənin turş möhtəviyyatının qida borusuna atılması kimi amillər xəstəliyin patogenezində mühüm rol oynayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.