Sağlamlıq

Pəhriz saxlamaq üçün bu tərəvəzdən yeyin

25 Sentyabr 2017 22:49
1 Şərh     Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Badımcan ən faydalı tərəvəzlərdən biridir. Lakin onun faydaları haqqında çox insan məlumatsızdır. 

Milli.Az axşam.az-a istinadən badımcanın bilmədiyiniz faydalarını təqdim edir:

1. Ürək və sinirlər üçün ən faydalı tərəvəzlərdən olan badımcanı həm soyutma, həm kabab, həm də qızartma etmək olar. 

2. Həzm sistemini asanlaşdırır. Yüksək lif tərkibi sayəsində qəbzliyin qarşısını alır və bağırsaqları yumşaldır.

3. Tərkibi kalsium, kalium, dəmir mineralları və A, B1, B2, C vitaminləri ilə zəngindir. 

4. Bundan başqa badımcan xolesterolun səviyyəsini tənzimləyir və qan təzyiqini normallaşdırır.

5. Beynin fəaliyyətinə də müsbət təsir göstərir. 

6. Badımcan pəhriz saxlayanlar üçün ideal vasitədir. Belə ki, 100 qram təzə badımcan cəmi 24 kaloridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.