Sağlamlıq

Azərbaycanda səhiyyəsində ilk: yeni üsulla xəstənin ağciyəri çıxarıldı

22 Sentyabr 2017 13:09
4 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanda ilk dəfə endoskopik yolla sol ağciyərin çıxarılması əməliyyatı  həyata keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ürək Mərkəzinin döş qəfəsi cərrahı-uzman Elmar Məmmədov bildirib ki, "Videotorakoskopol sol pnevmanektomaniya" adlanan əməliyyat 23 yaşlı qızın üzərində aparılıb.

Onun sözlərinə görə, xəstə vaxtında müalicə və əməliyyat edilmədiyindən ağır vəziyyətdə mərkəzə gətirilib: "Xəstəxanaya daxil olan zaman sol ağciyərini cərrahi əməliyyat yolu ilə çıxarmaq məcburiyyətində qaldıq. Lakin bu əməliyyatın çox ciddi təhlükəsi var idi. Çünki ətraflarda insan orqanizmi üçün vacib olan şah damar və ürəkdən çıxan digər damarların yerləşməsi əməliyyatı daha da çətinləşdirirdi. Həmin damarlara adi toxunuş xəstənin ölümü ilə nəticələnə bilərdi. Çox diqqətli olmaq lazım gəlirdi. Həkimlərin səyi nəticəsində ölkədə ilk dəfə icra olunan və 2-2,5 saat yarım ərzində davam edən cərrahiyyə əməliyyatı uğurla nəticələndi. Əməliyyatdan 4 gün sonra xəstə evə yazıldı. Hətta 15 gündən sonra xəstə artıq iş fəaliyyətini davam etdirirdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.