Sağlamlıq

Süd vəzinin sarkoması qısa müddətdə ağciyər və sümükləri zədələyə bilər

18 Sentyabr 2017 23:07
0 Şərh     Baxış: 1 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süd vəzinin sarkoması nədir və vaxtında aşkar olunmadıqda nə kimi fəsadlar yarada bilər?

Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının aparıcı həkimi, mamoloq-radioloq Günel Qəmbərova universitetin mətbuat xidmətinə bu barədə məlumat verib.

Həkim deyib: "Sarkoma süd vəzinin birləşdirici toxumasının qeyri-epitelial şişidir. Qadınlar arasında bu növ problemə demək olar ki, bütün yaş qruplarında rast gəlmək mümkündür. Sarkomanın ən qorxulu cəhəti bir neçə ay ərzində sürətlə inkişaf edərək böyük bir kütlə halına çatmasıdır. Sarkoma tez bir zamanda qanla yayılaraq hematogen metastaz verir və qısa vaxtda ağciyər və sümüklər zədələyir. Bəzi hallarda süd vəzi xərçənginin yaranmasında konkret bir risk faktoru olmur, bu baxımdan qadınların mütəmadi olaraq müayinələrdən keçməsi vacibdir. Belə ki, hər bir qadın risk altında ola bilər. Onu da qeyd edim ki, süd vəzi xərçəngi bütün xərçəng növlərindən fərqli olaraq erkən aşkarlandıqda müalicəyə tabe olan ən asan xərçəng növüdür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.