Sağlamlıq

Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

18 Avqust 2017 22:50
0 Şərh     Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimmək deyincə ağıla gələn ilk şeylərdən biri də kisələnməkdir. Sağlam, qüsursuz və parlaq bir dəriyə sahib olmağın yollarından biri də kisələnməkdir. Bəs kisələnməyin fayda və zərərlərindən məlumatınız varmı? Yoxdursa, Milli.Az-ın ailem.az-a istinadən təqdim etdiyi bu yazını oxuyun.

Kisələnməyin faydaları
 
- Kisələnmək özünüzü hüzurlu və rahat hiss etmənizi təmin edir, stressi azaldır.
 
- Dəri altında qan dövranını sürətləndirir və hüceyrələrin çoxalıb yenilənməsinə yardımçı olur.
 
- Dərini ölü dəridən təmizləyir.
 
- Dəridəki məsamələri açır və dəriniz həmişə təmiz, canlı görünür.
 
- Sellülitləri yox edir.
 
- Dəridə sızanaq yaranmasının qarşısını alır.
 
- Dəriniz yağlıdırsa, kisə sayəsində yağlanmanın qarşısını ala bilərsiniz.
 
- Yenilənən hüceyrələr sayəsində immunitet sisteminizin güclənməsinə yardımçı olacaq.
 
 
Bəs zərərləri nələrdir?
 
- Çox tez-tez kisələnmək dərinin qoruyucu təbəqəsinin yox olmasına və dərinin qıcıqlanmasına səbəb olur.
 
- Dəri nəmini itirib quruyur.
 
- Zərərli maddələrin dəridən içəriyə girməsinin qarşısını alan bir təbəqə var. Tez-tez kisələnsəniz, həmin təbəqə həssaslaşacaq. Nəticədə dəridə bir çox dəri xəstəliyi yarana bilər. Ancaq 15 gündən bir kisələnsəniz, heç bir ziyanı olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.