Sağlamlıq

Duzlu gölün palçığı müalicəvi əhəmiyyət daşıyır

21 Avqust 2017 03:30
0 Şərh     Baxış: 2 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay fəslində el arasında "duzlu göl" kimi tanınan natrium-xloridli su hövzələrinə və gölməçələrə gedib-getməmək barədə müxtəlif fikirlər dolaşır. Göllərin ətrafında gigiyenik şəraitin olmamağı həmin mənbələrin sağlamlıq imkanlarına heç də xələl gətirmir.

Milli.Az AZƏRTAC-a istinadən həkim və mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, həmin göllərin suyu və palçığı bakterisid təsirə malikdir, yəni mikrob və bakteriyaları öldürür.

Duzlu gölün palçığının çox faydalı cəhətləri var. Dəri səthinə çəkilmiş palçıq müəyyən vaxtdan sonra quruyur və dərinin büzüşməsinə səbəb olur. Bu zaman dərinin altına yığılıb qalan lazımsız maddələr (tromblaşmış qan, ağır metal duzları, sellülitə səbəb olan piy toxuması və s.) həm palçıq vasitəsilə, həm də büzüşmə nəticəsində geriyə sorulur. Dəri həm xaricdən, həm də daxildən təmizlənir və eyni zamanda dərinin məsamələri genişlənir. Təxminən 15 prosedurdan sonra ekzema səpgiləri, qaşınma, civzə, akne və dəri ləkələrindən azad olmaq mümkündür. Bundan başqa psoriaz və vitiliqo kimi dəri xəstəliklərinin müalicəsinə də faydalı təsir göstərir. Ödemlərin əmələ gəlməsinin qarşısını alır, varikoz genişlənmədən əziyyət çəkənlər üçün əvəzolunmaz təsir göstərir.

Duzlu gölün palçığı dəridə olan bütün zərərli canlıları, o cümlədən demodeks və qoturluğu məhv edir, hipotenziv təsir edərək təzyiqi normallaşdırır, stress və depressiyanı aradan qaldırır. Bədəndən gələn pis qoxunun müalicəsi üçün idealdır. Qığırdaq metabolizmini sürətləndirir, bununla da bütün iltihabi və destruktiv oynaq xəstəliklərinin müalicəsində - osteoxondroz, revmatoidli poliartrit, bursit, fəqərəarası sürüşmələrdə əvəzolunmazdır. Əzələləri tonuslandırır, bununla da miozit xəstəliyini sağaldır. Revmatizm, revmatoid poliartrit və Reyno xəstəliklərindən əziyyət çəkənlər üçün də göl palçığı faydalıdır.

Palçıq güclü ağrıkəsicidir. Sümük hüceyrələrini fəallaşdırır və bunun nəticəsində kalsiumun sorulmasını asanlaşdırır, osteoporozun (sümük əriməsi) qarşısını alır, yumşaq toxuma iltihabını müalicə edir. Palçığı gözaltı nahiyələrə çəkəndə torbalanmalar aradan qalxır. Duzlu göl yaxınlığında yerləşən yodlu-bromlu palçıq əsəb xəstəlikləri və hipotireozdan (zobdan) əziyyət çəkənlər üçün şəfa mənbəyidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.