Sağlamlıq

Parkinson xəstəliyinin şəfası... kosmosda axtarılır

18 Avqust 2017 08:02
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parkinson xəstəliyinin yeni müalicə üsullarının tapılması və onun mənbəyinin araşdırılmasında istifadə ediləcək təcrübə materialları Beynəlxalq Kosmos Stansiyasına göndərilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın xüsusi servis və kosmik gəmi istehsalçısı "SpaceX"-in "Draqon kapsul"u Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən fəzaya göndərilib. Bu, "SpaceX" kosmos stansiyasına göndərilən 12-ci yük gəmisidir.

"Draqon kapsulu"nda Parkinson xəstəliyinin araşdırılması üçün lazım olan təcrübə vəsaitləri var.

Parkinson xəstəliyinin zülalı hesab edilən LRRK2 kristallarının daha yaxşı araşdırılması üçün onların böyüdülməsi lazımdır. Ancaq Yerin cazibə qüvvəsi kristalların böyüməsinə mane olduğuna görə alimlər bunun kosmosda mümkünlüyünü düşünürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.