Sağlamlıq

Fındıq allergiyasina diqqət

16 Avqust 2017 23:49
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fındıq allergiyası ən çox təsadüf olunan qida allergiyalarının bir növüdür.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından Milli.Az-a verilən məlumata görə, aparılan tədqiqatların nəticəsində uşaqların təxminən doqquz faizində fındıq allergiyası aşkar edilib. Allergiya əlamətləri fındıq yedikdən 2 saat sonra ortaya çıxır. Bu əlamətlər allergik şoka qədər irəliləyə bilər.

Ailə anamnezində allergiya olduqda, uşağa ən az 3 yaşına qədər fındıq vermək olmaz. Ailə anamnezində allergiya inkar edildikdə isə 5 yaşa qədər nəfəs yollarında tıxanıqlığa səbəb olma ehtimalına qarşı uşaq fındıq yeyərkən nəzarət altında tutulmalıdır.

Uşağınız fındıq yedikdən sonra allergik reaksiya müşahidə edildiyi təqdirdə təcili həkimə müraciət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.