Sağlamlıq

Qaraciyər xəstəliyinin əlamətidir - FOTO

23 Avqust 2017 22:58
0 Şərh     Baxış: 8 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həddən artıq idmanla məşğul olmaq, qeyri-sağlam qidalanma, hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Milli.Az xəbər verir ki, bəzi xəstəliklərin ilk əlamətləri ayaqlarda görünür.

Böyrək problemləri

Böyrəklər düzgün işləməsə, bədəndə maye toplanmağa başlanır və onu atılması çətinləşir. Həmçinin gözlərin ətrafındakı şişlər varsa və ayaqlara elektroşok bənzəyən ani ağrılar hiss edirsinizsə, bu böyrəklərlə bağlı problemə işarə edə bilər.

Venoz çatışmazlıq

Venoz çatışmazlığı damardakı qanın ürəyə doğru deyil, əks istiqamətə getməsidir. Bu, uzun müddət ayaqda qalan hər kəsdə rast gəlinə bilər. Bu da ayaqlara şişkinliyə və ağrıya səbəb olur.

Tromboz

Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Bu qan laxtasının orqanlara yerləşməsi ciddi orqan çatışmazlıqlarına ciddi fəsadlara yol açır. Hətta bəzi hallarda ölümlə nəticələnir. Bir və ya iki ayaqda yaranan şişkinlik bu xəstəliyin əlaməti ola bilər.

Qalxanabənzər vəzi problemləri

Ayaqdakı şişlər, ani ağrılar və keyimə qalxanabənzər vəzi ilə bağlı problemlərdən qaynaqlanır.

Qaraciyər problemləri

Qaraciyər problemlərini ayağın vəziyyətinə görə əvvəlcədən müəyyənləşdirmək mümkündür. Qaraciyər anormal şəkildə işlədikdə ayaqlarda həm şişlik, həm də hörümçək toruna oxşayan damarlar əmələ gəlir.

Ateroskleroz (damar sərtliyi)

Ateroskleroz zamanı ayaqda qan dövranı pis işləyir. Bu da ayağın rənginin solğun görünməsinə və ağrıya yol açır. Bir çox hallarda insanlar damar sərtliyi ilə bağlı əlamətlərə etinasızlıq edirlər. Ancaq bu da səhhətinizdə ciddi fəsadlarla nəticələnə bilər.

Hamiləlik

Hamiləlik xəstəlik deyil. Bununla yanaşı ayaqlarda bəzi dəyişikliklər müşahidə olunur. Başda şişkinlik olmaqla ani ağrıların da hiss edilməsi qaçılmazdır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.