Sağlamlıq

Sağlam və qüsursuz uşaq dünyaya gətirmək İSTƏYİRSİZSƏ, BUNLARI EDİN!

21 Avqust 2017 23:57
0 Şərh     Baxış: 2 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlam, qüsursuz uşaq dünyaya gətirmək üçün qadınlar hamiləlik müddətində B3 vitamini qəbul etməlidirlər.

Milli.Az xəbər verir ki, bununla bağlı Avstraliyalı alimlər 12 il araşdırma aparıb.

Alimlərin sözlərinə görə, bu vitamin hamiləliyin erkən sonlanması faizini də azalda bilər.

Viktor Çang Kardiak Araşdırma İnstititutundan genetik alim Salli Dunvudie bu araşdırma üçün ilk olaraq hamiləlikdə düşük və qüsurlu uşaqların dünyaya gəlməsi halları arasında oxşarlığı axtardıqlarını deyib.

Bu araşdırma hamilə siçanlar üzərində aparılıb. B3 vitamini çatışmazlığı olan siçanların hamiləliyinin ya düşüklə nəticələndiyi, ya da doğulan balaların qüsurlu olduğu müəyyən edilib. B3 vitamini verilənlərdə isə əksi müşahidə olunub.

Alimlər fol turşusundan sonra bunun tibb tarixində ən dəyərli araşdırma olduğunu deyiblər.

B3 vitamini ən çox ət, balıq, süd, yaşıl yarpaqlı bitkilər və lobyada olur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.