Sağlamlıq

Qaraciyəri bərpa edən N vitamini. Tanış olun!

17 İyul 2017 21:44
0 Şərh     Baxış: 3 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır.

Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.

İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.
Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının qarşısını alır.
Digər faydalı təsirlər arasında:
- qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur
- sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır
- güclü antioksidantdır - orqanizmi cavan saxlayır
- insultun qarşısını alır
- beyinin fəaliyyətini yaxşılaşdırır
- qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir
- iş qabiliyyətini artırır, insanı daha gümrah edir
N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta.
N vitamini dərman preparatları şəklində də buraxılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.