Sağlamlıq

Hər gün bir stəkan qarpız tumu yesəniz... - BİLMƏDİYİNİZ FAYDALARI

14 İyul 2017 23:30
3 Şərh     Baxış: 5 490

Qarpız yay aylarının ən çox yeyilən və sevilən meyvələrindəndir. Qarpızın yüzdə 92-si sudan, 6-sı isə şəkərdən ibarətdir. C, A vitamini və betakarotenlərlə olduqca zəngindir.

Qarpız yeyəndə adətən tumlarını çıxarıb atırıq. Ancaq aparılan araşdırmalar nəticəsində qarpız tumlarının nə qədər faydalı olduğu ortaya çıxıb. Bu faydaları biləndən sonra qarpızın tumlarını atmayacağınıza əminik. Milli.Az ailem.az-a istinadən qarpız çəyirdəyinin möhtəşəm faydalarını təqdim edir.

- Qarpız tumlarının tərkibində "cucurbocitrin" adlı maddə var ki, qan təzyiqini aşağı salır. Odur ki, təzyiqi yüksək olanlar rahatlıqla yeyə bilər. Bu maddə maddə böyrək hərəkətlərinin tənzimlənməsində də faydalıdır.
 
- Qarpız tumlarının tərkibində yüksək miqdarda sodium, mis, maqnezium, fosfor, dəmir, potasium və sink kimi dəyərli minerallar var. Bir fincan qurudulmuş qarpız çəyirdəyi bədənin bir günlük maqnezium ehtiyacının daha artıq qarşılanmasına yardımçı olur. Bundan başqa maqnezium qan təzyiqi və qan şəkəri baxımından da faydalıdır.
 
- Qarpız tumları doymamış yağlar və Omega-6 ilə zəngindir. Bir fincan qarpız çəyirdəyi 600 kaloridir.
 
- Qarpız tumlarının sağlamlığı ciddi şəkildə zədələyəcək elə böyük zərəri yoxdur. Amma diri-diri udmaq kor bağırsaqda problem yarada bilər. Bundan başqa, qarpız tumlarının  həzminin də çətin olduğu zənn edilir. Məhz həzmi çətin olduğundan da kor bağırsaqda tıxanma yarada bilər. Ona görə də qarpız dənəsini bütöv halda deyil, yaxşı çeynəyərək yemək lazımdır.  
 
- Qarpızı yeməkdən sonra yemək köpə və həzmsizliyə yol açır. Buna görə qarpızı ac qarına və ya yeməklərdən əvvəl çəyirdəkləri ilə birlikdə yemək lazımdır. Belə yemək böyrəklərə  və ürəyə faydalıdır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    gulnara · 15 İyul 13:0000

    usaqliqda qarpizin тumlarini cirтlaуanda qоcalar icaze vermezdiler ki,cirтlaуaq,оlmaz pisdir deуirdiler,amma уemisin тumlarini cirтlaуanda icaze verirdiler

    Cavab yaz
    • Anonim
      Lamiyə · 15 İyul 17:2800

      Mən bu məlumatdan sonra öyrəndim qarpız tumunun çox faydalı olduğunu.Məlumata görə çox sağolun!

      Cavab yaz
  • Anonim
    Lamiyə · 15 İyul 17:2700

    Mən qarpız tumunun çox faydalı olduğunu indi öyrəndim.Məlumata görə çox sağolun!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.