Sağlamlıq

Yaşla bağlı əmələ gələn makula degenerasiyası nədir?

16 İyul 2017 19:32
0 Şərh     Baxış: 2 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşla bağlı makula degenerasiyası 60 yaşdan yuxarı xəstələrdə görmə itkisinin ən sıx səbəblərindən biridir.

Milli.Az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Mili Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu xəstəlik gözün arxa hissəsində yer alan sinir təbəqəsinin görmə mərkəzinin tutulmasıdır. Görmə mərkəzini də əhatə edən bu bölgədə əmələ gələn zədə, həyatı əks tərəfə dəyişir. Retina - gözün arxa hissəsini əhatə edən sinir təbəqəsidir. Bu sinir təbəqəsi çox incədir və görüntünün sağlam bir şəkildə alınmasına imkan yaradır. Retina xəstəliklərində görməyə təsir dərəcəsi, xəstəliyin əmələ gəldiyi yerə görə dəyişir. Misal üçün retinanın kənarlarında, yəni görmə mərkəzindən uzaqda əmələ gələn geniş bir zədə, görməyə heç təsir etməsə belə, tam görmə mərkəzini tutan ən kiçik bir xəstəlik nəzərəçarpan bir görmə itkisi ilə nəticələnə bilər.

Bu xəstəlik ən çox ağdərili, yuxarı yaş qrupuna aid, siqaret çəkən, hipertoniyadan əziyyət çəkən, artıq çəkiyə malik, qan yağları yüksək olan və Günəş işığına daha çox məruz qalan insanlarda yaranır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.