Sağlamlıq

İnkişaf etmiş və fəsadlaşmış keratokonusun yeganə cərrahi müalicəsi...

17 İyul 2017 22:59
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göz xəstəliyi olan keratokonus buynuz qişanın qeyri-iltihabi proqressivləşən nazilməsi ilə səciyyələnir. Xəstəliyin təbii gedişatı əsasında keratokonus 4 mərhələyə bölünür. Bunlar klinika önü, erkən klinik, inkişaf etmiş mərhələ və fəsadlarla olan mərhələlərdir.

Milli.Az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, inkişaf etmiş mərhələdə keratokonus həmin nahiyədə və ətrafdakı buynuz qişa sahəsində əhəmiyyətli dərəcədə lokallaşmış stromanın nazilməsi ilə əlaqədar sərt konik qabarıqla səciyyələnir. Bu mərhələdə eynək korreksiyası qeyri-qənaətbəxş olur və ya irrequlyar astiqmatizm və yüksək dərəcəli miopiyaya görə mümkünsüzdür. Həmçinin kontakt korreksiyası da buynuz qişanın irrequlyar səthində linzanın pis adaptasiyası səbəbindən mümkün deyil.

Keratokonusun son mərhələsində ardınca gələn buynuz qişanın kəskin ödemi, eləcə də buynuz qişanın mümkün perforasiyası ilə dessemet membranın qopması kimi fəsadlar müşahidə edilir. Baxmayaraq ki, halların çoxunda buynuz qişanın kəskin ödemindən sonra çapıq əmələ gəlir. Beləliklə, inkişaf etmiş və fəsadlaşmış keratokonus mərhələləri ilə pasiyentlərdə buynuz qişanın transplantasiyası yeganə mümkün olan cərrahi müalicə üsuludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.