Sağlamlıq

Darçınla çayın FAYDALARI

14 İyul 2017 20:14
0 Şərh     Baxış: 1 365

Ədviyyatlar bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. Bu səbəbdən müxtəlif ədviyyatları qidalara və içkilərə əlavə etməklə biz nəinki onların dadını, həm da faydasını xeyli artırırıq.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ən populyar ədviyyatlardan biri olan darçın adətən şirniyyatlara və bəzi qidalara əlavə olunur. Lakin Şərqdə darçını qəhvə və çaya da daim əlavə edirlər. Bu içkinin dadını qeyri-adi edir. Bundan əlavə çaya əlavə olunmuş darçın orqanizmə müalicəvi və profilaktik təsir edir.

- Darçınla çay mübadilə proseslərini sürətləndirir, iştahanı azaldır, arıqlamağa kömək edir. Bəzi iddialara görə, darçınla çay insanda şirniyyat və unlu məmulatlara olan meyli azaldır.
- Qanda şəkərin səviyyəsini aşağı salır.
- Ürək-damar sistemi üçün olduqca faydalıdır.
- Orqanizmdə iltihabları azaldır.
- Əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, orqanizmin tonusunu artırır.
- Beyinin fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.
- Kişilərdə potensiyanı artırır, prostat vəzi xəstəliklərinin riskini azaldır.
- Təbii afrodiziakdır - qadın və kişilərdə cinsi meyli artırır.
Darçınlı çayı hazırlamaq üçün darçın borucuğunun kiçik hissəsini götürün, üyüdün və çay dəmlədikdə çaydana əlavə edin.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.