Sağlamlıq

Valideynləri təlaşlandıran BCG peyvəndinin əlaməti hansılardır?

14 İyul 2017 23:45
0 Şərh     Baxış: 1 749

Vərəm əleyhinə vurulan BCG peyvəndinin valideynləri təlaşlandıran əlamətləri hansılardır?

Milli.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, doğulduqdan 4-7 gün sonra körpələrin sol çiyin nahiyəsinə vurulan vərəm əleyhinə BCG peyvəndinin yerində ilk 6-8 saat müddətində ağ, mərcimək böyüklüyündə qabarıqlıq əmələ gəlir. Peyvənd edilən nahiyəyə 24 saat ərzində toxunmaq, su ilə təmas etdirmək olmaz.

İki-dörd aydan sonra peyvəndin tətbiq olunduğu yerdə qabarıq yara görülə bilər. Bu, gec əmələ gələn əlamət valideynlərin təlaşına səbəb olur. Lakin narahatlığa heç bir səbəb yoxdur. Bu, vərəm peyvəndində təbii haldır və bu zaman yalnız tətbiq olunduqdan sonra gigiyena qaydalarına əməl etmək kifayətdir. Bir müddət sonra yara sağalır və yerində kiçik çapıq izi qalır.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.