Sağlamlıq

Xərçəngin müalicəsində effektiv üsul...

16 İyul 2017 21:56
6 Şərh     Baxış: 3 991

2 dəfə Nobel mükafatına layiq görülən dünya şöhrətli amerikalı kimyaçı alim Laynus Polinq onkoloji xəstəliklərin terapiyasında müalicə effektinin xeyli inkişaf etdiyini deyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, 2009-cu ildə ABŞ Milli Sağlamlıq İnstitutunun əməkdaşı Mark Levin və həmkarları bu məlumatı elmi-praktiki nöqteyi-nəzərdən tam sübuta yetiriblər. Vitamin C-nin şiş hüceyrəsinə daxil olması çox miqdarda peroksidin yaranmasına səbəb olaraq həmin hüceyrəni məhv edir. Bundan başqa, onkoloji pasiyentlərdə oksidativ stress şişlə əlaqəli cərrahi müdaxilə, kimya və radioterapiya nəticəsində daha da ağırlaşır. Hazırda oksidativ stresi aradan qaldırmaq üçün istifadə edilən ən zəngin elmi sübutu olan antioksidant-yüksəkdozalı vit C-dir (L-askorbat).

Yüksəkdozalı vit C-nin (L-askorbat) infuzion terapiyası onkoloji xəstələrdə fiziki, emosional, koqnitiv funksiyaları yaxşılaşdırır, həmçinin, yorğunluq, ürəkbulanma, qusma, ağrılar xeyli azalır, iştahanın yaxşılaşması qeyd olunur. Beləliklə də, pasiyentlərin həyat keyfiyyəti yaxşılaşır.

Yüksəkdozalı vitamin C ilə pilləli terapiya

7,5 q vitamin C - həftədə 1 dəfə v/d, bir saat ərzində

I həftə - 7,5 q Vitamin C + 100 ml NaCl

II həftə - 15,0 q Vitamin C + 250 ml NaCl

III həftə - 22,5 q Vitamin C + 500 ml NaCl

IV həftə - 30,0 q Vitamin C + 500 ml NaCl

V həftə - 37,5 q Vitamin C + 500 ml NaCl

VI həftə - 45,0 q Vitamin C + 500 ml NaCl

VII və növbəti həftələr- 52,5 q Vitamin C + 500 ml NaCl

52,2 q Vitamin C saxlayıcı dozadır. Müalicə 3 ay davam edir

Yüksəkdozalı vitamin C ilə şok terapiya

Gün ərzində hər 6 saatdan bir 22,5 q. vit C (cəmi 100 q/gün)

Vitamin C infuziyası şüa terapiyasından əvvəl və ya sonra təyin olunur, hər dəfə 24 saatdan az olmayan fasilə edilir.

Kimyaterapiyadan əvvəl və sonra 24 saatdan az olmayan fasilə edilir.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    anonim · 16 İyul 22:5410

    cox gulmelidi ,,siz indi c vitamin xercenge mef elediyin tapmusuz,? bizise 4 ay bunan gabag amerikali hekim diyib .usteliyde ximiya vermeyiin diyib ximyanin evezine baska derman diyib ,ximiya saglam huceyrenide dondurur bunuda men size diyim

    Cavab yaz
    • Anonim
      )))) · 16 İyul 23:5900

      Anonim Qebeledensen??? Danisdigin kimi yazmisan cox sirin lehcedir.

      Cavab yaz
  • Anonim
    N▪ · 16 İyul 23:1410

    22 54, bəli ,doğrudur ki, ximiya zamanı sağlam hüceyrələr də ziyan görə bilir. C vitamini isə orqanizmi xəstəliyə qarşı davamlı edir . Əsasən də bu cür xəstələr üçün çox vacibdir.

    Cavab yaz
  • Anonim
    Anonim · 17 İyul 07:3000

    Salam xercey xesdesinde qolun berk wekilde wişmesi neden ola biler?damar darinmasi ve yanqi hiss olnur

    Cavab yaz
    • Anonim
      N▪ · 17 İyul 11:4500

      Aleykum salam. Öz həkiminə müraciət edin. Xərçəng şişilə əlaqədar da ola bilər, digər səbəbdəndə.ALLAH xəstənizə şəfa versin.

      Cavab yaz
    • Anonim
      anonime · 17 İyul 14:2400

      Cerrahiyeden sora ola biler.ya da sumukde prablem ola biler.mutleq hekime deyin .

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.